Paytaxda ekoloji tarazlığı bərpa etmək üçün yaşıllığa dövlət qayğısı artıb. Hər il paytaxda Heydər Əliyev Fondu tərəfindən ağacəkmə aksiyası keçirilir, ərazilər qabarit tullantılardan təmizlənir və yerində çoxlu sayda ağaclar əkilir. Lakin təəssüflər olsun bəzi qurum və şirkərlər yaşıllıqlara qənim kəsilir.
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsu “Q” Yaşayış Sahəsində Şir heykəli tərəfdə “Konsol”MMC Tikinti Şirkəti tərəfindən böyük ticarət obyektinin tikintisi hər bir sakinin ürəyincədir. Tikili bir tərəfdən öz görkəmi ilə qəsəbəyə gözəllik verəcək, digər tərəfdən isə sakinlər ucuz və keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunacaq. Eyni zamanda nə qədər adam işlə təmin olunacaq. Təssüflər olsun ki, sözügedən şirkətin işçiləri tərəfindən həmin ərazidə salınmış yaşıllıq zolağına, şam ağaclarının dibinə sement çınqıl qarışığı olan beton məhlulu toküblər. Cavan şam ağacların dibi isə gövdəsinə kimi betonun içində qalıb. Bu da anomal keçən isti yay günlərində ağacların qurumasına gətirib çıxara bilər.Yeri gəlmişkən qeyd edim ki, yayın bu isti günlərində həmin ərazidə olan yaşıllıqlar baxımsız qalıb. Sakinlər dedilər ki, ağacları suvarmaq əvəzinə, dibinə beton tökürlər.
Bununla bağlı Suraxanı rayon MKTB 105 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etdik. MKİS-nin rəisi Həbib Qurbanov “Həftə içi”nə bildirdi ki, artıq bu haqda adıçəkilən şirkətə məlumat verilib.